Ukraynanın Liman şəhərinə hücum nəticəsində ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB

Region
  • 08 iyul, 2023
  • 10:53
Ukraynanın Liman şəhərinə hücum nəticəsində ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB

Ukraynanın işğal altındakı Donetsk vilayətinin Liman şəhərinə hücum nəticəsində ölənlərin sayı 15-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, həlak olanların sayının artacağı istisna deyil.

12.44

Rusiya ordusu Ukraynanın işğal altındakı Donetsk vilayətinin Liman şəhərini atəşə tutub.

“Report” xəbər verir ki, bu barədə Donetsk hərbi vilayət administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində azı 6 nəfər ölüb, 5 nəfər yaralanıb.

Məlumata görə, şəhər MLRS-lə (reaktiv yaylım atəş sistemləri) vurulub.

Eyni zamanda ətrafdakı ev və mağazalara ziyan dəyib.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.