Aleksey Navalnının dəfn mərasimi keçirilir

Aleksey Navalnının dəfn mərasimi keçirilir Rusiya müxalifətinin həbsxananda ölən lideri Aleksey Navalnı martın 1-də dəfn olunub.
Region
1 Mart , 2024 16:11
Aleksey Navalnının dəfn mərasimi keçirilir

Rusiya müxalifətinin həbsxanada ölən lideri Aleksey Navalnı martın 1-də dəfn mərasimi keçirilir.

“Report” xəbər verir ki, məlumatı “Bild” yayıb.

Bildirilib ki, A.Navalnı Moskvanın Marino rayonunda dəfn ediləcək. Mərasim iştirakçıları “Aleksey, Aleksey”, “Navalnı!, Navalnı”, “Sən qorxmadın, biz də qorxmuruq” şüarlarını səsləndiriblər.

Aleksey Navalnı ilə vida mərasimində ABŞ-nin Rusiyadakı səfiri Linn Treysi, Almaniyanın səfiri Aleksandr Qraf Lambsdorf, Fransanın səfiri Pyer Levi və Avropa İttifaqına üzv başqa ölkələrin diplomatik nümayəndələri görünüb.

Qeyd edək ki, rusiyalı siyasətçi Aleksey Navalnı fevralın 16-da Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında vəfat edib.

Son xəbərlər

Orphus sistemi