Rusiya MN müharibə ilə bağlı rəqəmləri şişirdir: eyni kəndlər 2 dəfə "azad olunub"

Rusiya MN müharibə ilə bağlı rəqəmləri şişirdir: eyni kəndlər 2 dəfə "azad olunub" Rusiya Müdafiə Nazirliyi azı iki dəfə 25 yaşayış məntəqəsinin nəzarətə götürülməsi barədə məlumat verib. Dörd dəfə Kreminna şəhərinin, üç dəfə Borovenki, Taramçuk və Novomayorske yaşayış məntəqələrinin tutulması barədə məlumat verilib. Bəzən mövcud olmaya
Region
30 İyun , 2022 16:10
Rusiya MN müharibə ilə bağlı rəqəmləri şişirdir: eyni kəndlər 2 dəfə azad olunub

Rusiya Ukraynaya qarşı apardığı müharibədə zaman-zaman dezinformasiyalardan istifadə edib.

“Report” xəbər verir ki, bunu “Proyekt” yazıb.

Nəşr Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkovun hərbi əməliyyatlar başlayandan bəri bütün açıqlamalarını təhlil edib və onlarda, xüsusən də Ukrayna ərazilərinin ələ keçirilməsinin ardıcıllığı və guya Rusiya tərəfindən məhv edilən Ukrayna texnikasının sayı ilə bağlı uyğunsuzluqlar aşkarlayıb.

Rusiya MN azı iki dəfə 25 yaşayış məntəqəsinin nəzarətə götürülməsi barədə məlumat verib. Qurum dörd dəfə Kreminna şəhərinin, üç dəfə Borovenki, Taramçuk və Novomayorske yaşayış məntəqələrinin tutulduğunu açıqlayıb. Bəzən mövcud olmayan toponimlərə də press-relizlərdə rast gəlinirdi - məsələn, 17 aprel tarixli press-relizdən “Pavloqrad vilayəti” olub.

Nəşr həmçinin Rusiya MN-ın müharibə zamanı 84 “Bayraktar” PUA-nın məhv edilməsi barədə məlumat yaydığına diqqət çəkib ki, bu da Ukraynada bu dronların rəsmi olaraq bilinən sayından təxminən iyirmi dəfə çoxdur. Məhv edilmiş zirehli texnikanın sayı (3 800) təkcə müharibənin əvvəlində deyil (Rusiyanın hesablamalarına görə, 2416), həm də münaqişə zamanı mümkün olan Qərb tədarükü nəzərə alınmaqla (təxminən 700) onların sayından xeyli artıqdır.

Jurnalistlər həmçinin Ukrayna qoşunlarının “canlı qüvvə və texnikasının cəmləşdiyi ərazilər” və “istehkamları” ilə bağlı tez-tez rast gəlinən ifadələrə diqqət çəkiblər – müharibənin ilk yüz günündə Rusiya 39 min belə obyektin məhv edildiyini bildirib. Layihə bu terminin dəqiq nəyi nəzərdə tutduğunu bilmir, lakin qeyd edib ki, məhv edilmiş texnikanın ümumi sayı, press-relizlərə görə, xeyli azdır – 9 715 ədəd, həlak olan Ukrayna hərbçilərinin sayı - 40 min nəfər. Belə ki, məhv edilən hər “canlı qüvvə və texnikanın cəmləşdiyi ərazilər”ə və “istehkamlar”a Rusiya Müdafiə Nazirliyinin məntiqi ilə orta hesabla bir ölən hərbçi və dörddəbir texnika düşürdü.

Eyni zamanda nəşr MN nümayəndəsinin leksikonundakı ifadələrə də diqqət çəkib. Belə ki, “millətçilər, nasistlər” dedikdə Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri, “nəzarətə almaq” dedikdə Ukraynanın şəhərinin ələ keçirilməsi, “mühasirəyə almaq” dedikdə Rusiya ordusunun şəhərin yaxınlığında döyüşlər apardığını, lakin şəhəri tuta bilmədiyi, “təmizləmə işləri” dedikdə yaşayış məntəqəsində gedən uzunsürən küçə döyüşləri, “qoşunların planlı qruplaşması” dedikdə Rusiya ordusunun geri çəkilməsi, “xüsusi hərbi əməliyyat” dedikdə isə müharibə nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi