Rusiyanın Krivoy Roqu bombalaması nəticəsində ölən və yaralananların sayı artıb - YENİLƏNİB

Region
  • 31 iyul, 2023
  • 08:36
Rusiyanın Krivoy Roqu bombalaması nəticəsində ölən və yaralananların sayı artıb - YENİLƏNİB

Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhərindəki təhsil müəssisəsinə və yaşayış binalarına raket zərbələri endirməsi nəticəsində ölən və yaralananların sayı artıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hücum nəticəsində ölənlərin sayı 2-yə, yaralananların sayı isə 15-ə çatıb.

Dağıntılar altında qalanlar var. Əraziyə xilasedicilər və polis əməkdaşları cəlb olunub.

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat hücum zamanı ballistik raketlərdən istifadə olunduğunu söyləyib.

11:43

Ukraynanın Krivoy Roq şəhərində təhsil müəssisəsinə və yaşayış binalarına raketlərin düşməsi nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, raketləri Rusiya ordusu atıb. Yerli polis idarəsi məlumatı təsdiqləyib.

Bildirilib ki, raketlərdən biri 4 mərtəbəli təhsil müəssisəsinin binasına düşüb. Dağıntılar altında qalanlar var. Əraziyə xilasedicilər və polis cəlb olunub.

İkinci raket isə 9 mərtəbəli yaşayış binasına düşüb. Orada da dağıntılar altında qalanların olduğu istisna edilmir. Fövqəladə hallar idarəsinin əməkdaşları binanın dağıntıları altında axtarış-xilasetmə əməliyyatı aparırlar.

Son xəbərlər

Bütün Xəbər Lenti