Rusiya İrəvanın rusiyalı diplomatı ölkəyə buraxmamasını yaxşı əlamət saymır

Rusiya İrəvanın rusiyalı diplomatı ölkəyə buraxmamasını yaxşı əlamət saymır “Ermənistan hakimiyyətinin Rusiya-Ermənistan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbəri Viktor Krivopuskovu ölkəyə buraxmaması yaxşı əlamət deyil”.
Region
29 Avqust , 2023 16:24
Rusiya İrəvanın rusiyalı diplomatı ölkəyə buraxmamasını yaxşı əlamət saymır

“Ermənistan hakimiyyətinin Rusiya-Ermənistan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbəri Viktor Krivopuskovu ölkəyə buraxmaması yaxşı əlamət deyil”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov bəyan edib.

Onun sözlərinə görə, Viktor Krivopuskova qarşı belə bir addım rəhbərlik etdiyi təşkilatın Ermənistandakı işinə təsir etməyib.

Qeyd edək ki, rəsmi İrəvan avqustun 24-də Rusiya-Ermənistan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbəri Viktor Krivopuskovu ölkəyə buraxmayıb.

“Məni ölkəyə buraxmadılar. Ermənistan üçün arzuolunmaz şəxs elan edib pasportumu əlimdən aldılar. Rəsmi kağız da göstərmədilər. Dedilər, bu gün Moskvaya qayıtmalısan”, - Viktor Krivopuskov bildirib.

O, 2009-2013-cü illərdə “Rossotrudniçestvo”nun Ermənistandakı nümayəndəliyinin rəhbəri, Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri olub.

Son xəbərlər

Orphus sistemi