Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 41 % artıb

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 41 % artıb Bu ilin yanvar-may aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 40,7 faiz artaraq 93 800 000 000 dollara çatıb.
Region
7 İyun , 2023 10:17
Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 41 % artıb

Bu ilin yanvar-may aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 40,7 % artaraq 93,8 milyard ABŞ dollarına çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Gömrük Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə Çinin Rusiyaya ixracının dəyəri 75,6 % artaraq 42,95 milyard ABŞ dolları, Çinin Rusiyadan idxalının dəyəri isə 20,4 % artaraq 50,85 milyard ABŞ dolları olub.

Hesabat dövründə Çin Rusiyaya əsasən smartfonlar, sənaye və ixtisaslaşdırılmış avadanlıqlar, oyuncaqlar, ayaqqabılar, nəqliyyat vasitələri, kondisionerlər və kompüterlər satıb, əvəzində neft, təbii qaz, kömür, mis filizi, taxta, yanacaq və dəniz məhsulları alıb.

Xatırladaq ki, 2022-ci ildə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 29,3 % artaraq 190 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi