Rusiya Silahlı Qüvvələrinin hərbçiləri oktyabrın 10-da Kursk vilayətinin Suca rayonunun Zelyonı Şlyax xutoru ərazisində təslim olan doqquz ukraynalı əsgəri sıraya düzərək güllələyib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinə yaxın OSINT-layihə olan
Analitiklərə görə, ukraynalı hərbçilər dron operatoru və başqa sahə üzrə mütəxəssis olublar.
“Məlumdur ki, oğlanlar nisbətən arxa cəbhədə olduqlarını düşünürdülər, lakin düşmənlə təmasa girmək və atəş açmaq məcburiyyətində qaldılar. Amma döyüş sursatının miqdarı məhdud idi və onlar təslim olmağa məcbur oldular”, – “DeepState” açıqlayıb.
Oktyabrın 10-da “DeepState” Suca rayonunun Novoivanovka kəndində topçular və dron operatorlarının döyüşə girməli olduğuna dair məlumat yaymışdı. Sözügedən olayın elə həmin gün baş verdiyi güman edilir.
Ukrayna ombudsmanı
Bu, ayın əvvəlindən Rusiya Silahlı Qüvvələri əsgərləri tərəfindən Ukrayna hərbi əsirlərinin ehtimal olunan güllələnməsinin üçüncü məlum halıdır. Oktyabrın 1-də yayılmış videoda Donetsk vilayətinin Pokrovsk rayonunda 16 ukraynalı əsgərin güllələndiyi göstərilir. Oktyabrın 6-da “Azov” hərbi qüvvələri Donetsk vilayətinin Nyu-York şəhərində Ukrayna Silahlı Qüvvələrinin üç əsgərinin güllələndiyini bildirmişdilər.