Rusiya FTX Moskvada inzibati binalardan birində terror aktının qarşısını alıb

Rusiya FTX Moskvada inzibati binalardan birində terror aktının qarşısını alıb Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada inzibati binalardan birində terror aktının qarşısını alıb.
Region
28 mart 2025 12:27
Rusiya FTX Moskvada inzibati binalardan birində terror aktının qarşısını alıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada inzibati binalardan birində terror aktının qarşısını alıb.

“Report” xəbər verir ki, bu barədə TASS-a FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.

"Federal Təhlükəsizlik Xidməti tərəfindən Moskvada Ukrayna xüsusi xidmət orqanlarının maraqları naminə insanların kütləvi toplaşdığı yerlərdə əldəqayırma partlayıcı qurğunu partlatmağı planlaşdıran 1972-ci il təvəllüdlü şəxs saxlanılıb. Əvvəllər "qəsdən adam öldürmə", "hədə-qorxu ilə tələb etmə", "soyğunçuluq" maddələri ilə məhkum olunmuş bu şəxs Rusiya vətəndaşıdır", - məlumatda bildirilib.

"Saxlanılan şəxs bildirib ki, 2025-ci ilin fevralında Ukrayna xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilib və kuratorun göstərişi ilə partlayıcı qurğunu Moskvada inzibati binalardan birinə yerləşdirməli idi. Terror aktından sonra kurator onun Rusiya Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak etməsi üçün Ukraynaya getməsini təmin etməyi vəd edib. Saxlanılan şəxsdən 5 kq ağırlığında partlayıcı qurğu, həmçinin Ukrayna xüsusi xidmət orqanları ilə əlaqə saxlamaq üçün istifadə olunan smartfon müsadirə edilib", - FTX-dən bildirilib.

Son xəbərlər

Orphus sistemi