Rusiya İxracat Mərkəzi 2020-ci ilin ötən dövründə Rusiya-Ermənistan layihələrinə 13 mln. ABŞ dolları xərcləyib.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Mərkəzin rəhbəri Veronika Nikişina Rusiya-Ermənistan hökumətlərarası iqtisadi əməkdaşlıq Komissiyasının həmsədrlərinin görüşündə məlumat verib.
Onun sözlərinə görə, bu, ötən ilin uyğun dövründən iki dəfə çoxdur.
V.Nikişina həmçinin bildirib ki, hesabat dövründə başçılıq etdiyi qurum birgə xarici iqtisadi layihələrin Ermənistan istiqamətinə 153 mln. ABŞ dolları məbləğində maliyyə dəstəyi verib.