Bakı. 17 iyul. REPORT.AZ/ Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistan hakimiyyətinə respublika qanunvericiliyində rus dili üçün rəsmi statusun təsbit olunmasını təklif edib.
"Report" TASS-a istinadən xəbər verir ki, onun sözlərinə görə, bu, milli sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınmasına yardım edəcək.
2017-ci il iyunun 1-dən Rusiyada xarici sürücülük vəsiqələri ilə sürücülərə ölkə ərazisində fəaliyyət göstərməyi qadağan edən qanun qüvvəyə minib.
"Yalnız onu deyə bilərəm ki, rus dilini rəsmi dil olaraq qanunvericilikdə təsbit edin, yalnız o zaman qanun norması Ermənistan respublikasını da əhatə edəcək", - V.Volodin Ermənistan Milli Məclisinin sədri Ara Babloyan ilə görüşdə bildirib.