Rusiya Dövlət Duması nüvə ekoloji proqramının dayandırılması məsələsinə baxacaq

Rusiya Dövlət Duması nüvə ekoloji proqramının dayandırılması məsələsinə baxacaq Rusiya Hökuməti Dövlət Dumasına ölkədə çoxtərəfli nüvə ekoloji proqramına dair çərçivə sazişinin denonsasiyası haqqında layihə təqdim edib.
Region
21 Noyabr , 2024 22:50
Rusiya Dövlət Duması nüvə ekoloji proqramının dayandırılması məsələsinə baxacaq

Rusiya Hökuməti Dövlət Dumasına ölkədə çoxtərəfli nüvə ekoloji proqramına dair çərçivə sazişinin denonsasiyası haqqında layihə təqdim edib.

“Report” xəbər verir ki, bu barədə Rusiya parlamentinin aşağı palatasının saytında deyilir.

Qanun layihəsinə baxılarkən rəsmi nümayəndə qismində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov təyin edilib.

Qeyd olunub ki, proqramın dayandırılması nəticəsində Rusiya sazişlə bağlı bütün hüquqi məsuliyyətdən azad olunur.

Sənəd 2003-cü ilin mayında Stokholmda imzalanıb. Müqavilənin tərəfləri Belçika, Danimarka, Finlandiya, Fransa, Almaniya, Niderland, Norveç, Rusiya, İsveç, Böyük Britaniya, ABŞ, Avropa İttifaqı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Euratom idi.

Bundan əvvəl Federasiya Şurasının sədri Valentina Matvienko senatorlara beynəlxalq müqavilələrə baxış keçirməyi, köhnəlmiş və Rusiya üçün sərfəli olmayan müqavilələri müəyyən etməyi tapşırmışdı.

Rusiya ilk növbədə ölkənin Şimal-Qərb regionunda nüvə sualtı qayıqlarının sökülməsi üçün istifadə olunan vəsait və avadanlıq almalı idi.

Son xəbərlər

Orphus sistemi