Rusiya Dövlət Duması Ermənistanın Avrasiya İttifaqına qəbulunu təsdiqləyib

Rusiya Dövlət Duması Ermənistanın Avrasiya İttifaqına qəbulunu təsdiqləyib Bu haqda müqavilə gələn il qüvvəyə minə bilər
Region
10 Dekabr , 2014 12:57
Rusiya Dövlət Duması Ermənistanın Avrasiya İttifaqına qəbulunu təsdiqləyib

Bakı.10 dekabr. REPORT.AZ/ Rusiyanın Dövlət Duması Ermənistanın Avroasiya İqtisadi İttifaqına birləşməsi haqqıında müqaviləni təsdiqləyib.

"Report" "TASS"a istinadən xəbər verir ki, deputatlar bu sənədə yekdilliklə səs veriblər.

Müqavilə oktyabrın 10-da Minskdə Avroasiya İttifaqının Ali İqtisadı Şurasında Rusiya, Belarus, Qazaxıstan və Ermənistan prezidenləri tərəfindən imzalanıb.

Bu, baza sənədi kimi Ermənistanın birliyə birləşməsi şərtlərini müəyyənləşdirir.

İttifaqa üzv dövlətlər müqaviləni təsdiqlədikdən sonra 2015-ci il yanvarın 1-dən gec olmayaraq, sənəd qüvvəyə minəcək.

Xatırladaq ki, Rusiya, Belarus və Qazaxıstan bu il mayın 29-da Astanada Avroasiya İqtisadi İttifaq Haqda müqaviləni imzalayıb. Bu müqavilə 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi