Rusiya donanması Xəzər dənizində təlim keçirir

Rusiya donanması Xəzər dənizində təlim keçirir İyirmidən çox gəmi ekipajı kompleks raket atəşi təlimləri keçirəcək
Region
9 Oktyabr , 2017 10:37
Rusiya donanması Xəzər dənizində təlim keçirir

Bakı. 9 oktyabr. REPORT.AZ/ Rusiyanın Xəzər donanmasının 20-dən çox gəmi ekipajı Xəzər dənizində təlimlərə başlayıb. Təlimlər zamanı ekipajlar dəniz, sahil və hava hədəflərinə kompleks raket və artilleriya atəşləri üzərində işləyəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev məlumat verib.

Onun sözlərinə görə, təlimlərə "Dağıstan" və "Tatarıstan" raket gəmiləri, "Qrad Sviyajsk" "Uqliç", "Böyük Ustyuq" kiçik raket gəmiləri, "Həştərxan", "Volqodonsk" və "Mahaçqala" kiçik artilleriya gəmiləri cəlb olunub.

Son xəbərlər

Orphus sistemi