Rusiya DİN: Mahaçqalada iğtişaşlarda iştirak edən bütün şəxslər məsuliyyətə cəlb olunacaqlar

Rusiya DİN: Mahaçqalada iğtişaşlarda iştirak edən bütün şəxslər məsuliyyətə cəlb olunacaqlar Mahaçqala hava limanının ərazisində iğtişaşlarda iştirak edən bütün şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunacaqlar.
Region
29 Oktyabr , 2023 23:26
Rusiya DİN: Mahaçqalada iğtişaşlarda iştirak edən bütün şəxslər məsuliyyətə cəlb olunacaqlar

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqaladakı hava limanının ərazisində iğtişaşlarda iştirak edən bütün şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunacaqlar.

"Report" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Hava limanında və ətraf ərazilərdə videomüşahidə sistemi olduğundan iğtişaşlarda iştirak edən hər kəsin şəxsiyyəti müəyyənləşdiriləcək”, - məlumatda deyilir.

Kütləvi iğtişaşların təşkili ilə bağlı cinayət işi Mahaçqala hava limanının ərazisində icazəsiz aksiyaların keçirilməsinə dair çağırışlardan sonra başlanıb.

Qeyd edək ki, etirazçılar Mahaçqala hava limanının binasından və uçuş-enmə zolağından çıxarılıb. Teleqram kanallarının məlumatına görə, indiyədək 4 etirazçı saxlanılıb.

Son xəbərlər

Orphus sistemi