Rusiya daha bir avropalı nazir barəsində axtarış elan edib

Region
  • 13 fevral, 2024
  • 09:04
Rusiya daha bir avropalı nazir barəsində axtarış elan edib

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Litvanın mədəniyyət naziri Simonas Kayris barəsində axtarış elan edib.

“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Məlumata görə, o, sovet hərbçilərinə qoyulan abidələrin sökülməsində ittiham olunur.

Qeyd edək ki, Rusiya DİN bu gün Estoniyanın Baş naziri Kayu Kallas barəsində də axtarış elan edib.