Rusiya Cəzaçəkmə Müəssisələri Federal Xidmətinin direktoru, general-polkovnik Gennadi Kornienko vəzifəsindən azad edilib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.
Qeyd edək ki, G.Kornienko 2012-ci ilin iyunundan bu vəzifədə çalışıb. O həmçinin bir sıra təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə də işləyib.