Rusiya bazarına İran və Afrikadan olan avtomobillər daxil ola bilər

Rusiya bazarına İran və Afrikadan olan avtomobillər daxil ola bilər Rusiya avtomobil bazarında İran, Hindistan və Afrika ölkələrinin avtomobil markaları daxil ola bilər.
Region
19 Fevral , 2024 06:51
Rusiya bazarına İran və Afrikadan olan avtomobillər daxil ola bilər

Rusiya avtomobil bazarında İran, Hindistan və Afrika ölkələrinin avtomobil markaları daxil ola bilər.

“Report” xəbər verir ki, bu barədə “İzvestiya” Rusiyanın Ticarət və Sənaye Palatasının statistikasına istinadən məlumat yayıb.

Eyni zamanda, nəşr qeyd edib ki, Rusiya Federasiyasında əsas oyunçu hələ də Çin avtomobil sənayesidir. Bazar iştirakçılarının fikrincə, 2023-cü ildə Çindən olan avtomobil istehsalçıları Rusiyada Chery, Haval və Geely kimi brendlər də daxil olmaqla yarım milyondan çox avtomobil satıblar.

Rusiya Ticarət və Sənaye Palatasının rəhbəri Serqey Katırin nəşrə bildirib ki, ümumi satışın təxminən 15%-i ABŞ, Avropa, Yaponiya və Cənubi Koreyadan olan avtomobil istehsalçılarının payına düşür.

Onun sözlərinə görə, hind avtomobil istehsalçıları gələcəkdə Rusiya avtomobil bazarının müəyyən hissəsini qazana bilərlər.

Katırin “Tata Motors”un krossoverini ölkənin ən perspektivli modellərindən biri adlandırıb. O qeyd edib ki, İranın “Iran Khodro” sedanlarının paralel idxal vasitəsilə satışı da ötən ildən başlayıb.

Mütəxəssis əlavə edib ki, Afrikadan gələn avtomobillər də Rusiya bazarında görünə bilər.

Son xəbərlər

Orphus sistemi