​Rusiyanın baş naziri Türkiyəyə atmaca atıb

​Rusiyanın baş naziri Türkiyəyə atmaca atıb Dmitri Medvedev: "Təəssüf ki, Çernomırdinin etdiyi zarafat gerçəkliyi əks etdirir"
Region
1047
15 Dekabr , 2014 15:23
​Rusiyanın baş naziri Türkiyəyə atmaca atıb
Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiyanın baş naziri Dmitri Medvedevin "Nezavisimaya qazeta"nın bugünkü sayında "Rusiya və Ukrayna: yeni qaydalar üzrə yaşayış" başlıqlı məqaləsi çap edilib.

"Report" xəbər verir ki, məqalədə Türkiyə və Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması perspektivinə də toxunulub.

"Aİ dövlətləri Ukraynanı bərabərhüquqlu tərəfdaş kimi masaya dəvət etmir... Türkiyə ilə bağlı məsələyə diqqət yetirmək kifayətdir. Bu ölkə 51 il öncə Assosiasiya Razılaşması haqda müqaviləni imzalayıb. Ancaq indiyə kimi, Türkiyəni Aİ-yə üzv qəbul etməyiblər. Bu məsələ zarafatlaşmaq üçün mövzu da verib. Viktor Çernomırdindən (Rusiyanın Ukraynadakı keçmiş səfiri - S.İ.) soruşurlar: "Ukrayna nə vaxt Aİ-nin üzvü olacaq?" Cavab: "Türkiyədən sonra". Sual: "Bəs, Türkiyə nə vaxt bu quruma üzv olacaq?". Cavab: "Heç vaxt". Təəssüf ki, Çernomırdinin etdiyi bu zarafat gerçəkliyi əks etdirir", - D.Medvedev yazıb.

Son xəbərlər

Orphus sistemi