Rusiya bankları girov qoyulan su çəlləklərinə görə bir milyard rubl ödəyib

Rusiya bankları girov qoyulan su çəlləklərinə görə bir milyard rubl ödəyib Bu bankların lisenziyaları ləğv edilib
Region
12 May , 2017 17:00
Rusiya bankları girov qoyulan su çəlləklərinə görə bir milyard rubl ödəyib

Bakı. 12 may. REPORT.AZ/ Rusiyanın üç bankı girov qoyulan su çəlləklərinə görə saxta şirkətlərə bir milyard rubl ödəyib.

"Report" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, sənədləşmədə çəlləklərin içərisində bahalı kimyəvi xammal olduğu göstərilib.

Bu yolla 2014-2015-ci illərdə kredit təşkilatlarından təqribən 1 milyard rubl götürülüb. Bundan sonra bankların lisenziyaları ləğv edilib.

Faktla bağlı 4 şübhəli şəxsə qarşı külli miqdarda vəsaitin fırıldaqçılıqla ələ keçirilməsi maddəsi ilə cinayət işi açılıb. Onlardan 3-ü həbs olunub və adları açıqlanmır.

Son xəbərlər

Orphus sistemi