Rusiya AŞPA-ya təxminən 11 milyon avro məbləğində vəsaitin ödənişini bloklayıb

Rusiya AŞPA-ya təxminən 11 milyon avro məbləğində vəsaitin ödənişini bloklayıb Avropa Şurasına ianə bölünməzdir və AŞPA, Nazirlər Komitəsi, Yerli və Regional Hökumətlər Konqresi və AİHM-ə ümumi ödənişi nəzərdə tutur
Region
6 İyun , 2017 10:54
Rusiya AŞPA-ya təxminən 11 milyon avro məbləğində vəsaitin ödənişini bloklayıb

Bakı. 6 iyun. REPORT.AZ/ Rusiya bu il Avropa Şurasına ayırmalı olduğu və AŞ-in Parlament Assambleyasının (AŞPA) maliyyələşdirilməsi üçün nəzərdə tutulan ianənin üçdə birini bloklayıb. Bu isə təxminən 11 milyon avro deməkdir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.

Avropa Şurasına ianə bir qayda olaraq bölünməzdir və AŞPA, Nazirlər Komitəsi, Yerli və Regional Hökumətlər Konqresi və Avropa İnsan Haqları Məhkəməsinə ümumi ödənişi nəzərdə tutur, məbləğ isə 40 milyon avro təşkil edir.

Qeyd edək ki, Rusiyanın AŞPA-dakı nümayəndə heyəti 2014-cü ilin aprel ayında Ukrayna hadisələri və Krım ətrafındakı vəziyyətlə əlaqədar əsas səlahiyyətlərindən məhrum edilib. Rusiya səs vermək, eləcə də Assambleyanın rəhbər orqanlarının işində və onun AŞ məkanında seçkiləri müşahidə üzrə monitorinq missiyasında iştirak etmək hüququndan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi