Rusiya ABŞ-a raket mühərrikləri satacaq

Rusiya ABŞ-a raket mühərrikləri satacaq Mühərriklər ixrac üçün tam hazırdır
Region
136
9 Aprel , 2021 07:42
Rusiya ABŞ-a raket mühərrikləri satacaq

“Enerqomaş” şirkətinin baş direktoru İqor Arbuzov, mövcud müqavilə çərçivəsində RD-180 raket mühərriklərinin son partiyasının ABŞ-a nə zaman göndəriləcəyini aşıqlayıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Onun sözlərinə görə, mühərriklər ixrac üçün tam hazırdır: “Lakin pandemiya səbəbindən texnikanın göndərilməsi alınmayıb. Amma bu il ərzində göndərəcəyik”.

Qeyd edək ki, bu il Rusiya ABŞ-a altı mühərrik göndərməyi planlaşdırır. Ümumilikdə 1999-cu ildən Rusiyadan Amerikaya 116 raket mühərriki ixrac edilib. Onlardan 99-u artıq istifadə olunub.

Son xəbərlər

Orphus sistemi