Rusiyanın Yakutiya Respublikasında “An-2” təyyarəsinin qəzaya uğradığı yerdə 2 nəfərin meyiti çıxarılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə regionun başçısı Aysen Nikolayev məlumat verib.
Onun sözlərinə görə, 10 gün əvvəl qəzaya uğrayan təyyarədən 1 nəfər sağ çıxa bilib.
11:40
Rusiyanın Yakutiya Respublikasında radardan itərək qəzaya uğrayan “An-2” təyyarəsi tapılıb.
“Report” xəbər verir ki, bu barədə “Qütb Hava Yolları”nın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, “An-2” təyyarəsi iyunun 21-də radardan itib. Onun göyərtəsində 2 ekipaj üzvü, 1 sərnişin, həmçinin 1 ton yük olub.