Ruben Rubinyan: İrəvan qısa müddət ərzində Bakı ilə sülh sazişi imzalamağa hazırdır

Ruben Rubinyan: İrəvan qısa müddət ərzində Bakı ilə sülh sazişi imzalamağa hazırdır İrəvan Azərbaycanla sərhədlərin delimitasiyası prosesini davam etdirməyə və qısa müddət ərzində sülh sazişi imzalamağa hazırdır.
Region
12 İyul , 2024 13:51
Ruben Rubinyan: İrəvan qısa müddət ərzində Bakı ilə sülh sazişi imzalamağa hazırdır

İrəvan Azərbaycanla sərhədlərin delimitasiyası prosesini davam etdirməyə və qısa müddət ərzində sülh sazişi imzalamağa hazırdır.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan BRİCS ölkələrinin X Parlament Forumu zamanı deyib.

R.Rubinyan bildirib ki, Ermənistan regional kommunikasiyaların açılması ilə beynəlxalq tranzit marşrutlarının bir hissəsi olmağa nəinki hazırdır, həm də maraqlıdır.

Onun sözlərinə görə, şübhəsiz ki, Cənubi Qafqazda böyük infrastruktur layihələri region ölkələri və s. üçün birləşdirici amilə çevrilə bilər: “Cənubi Qafqazda nəqliyyat marşrutlarının bərpası və açılması iqtisadi münasibətlər sisteminin dayanıqlı regional modelinin formalaşmasına gətirib çıxarmalıdır”.

Son xəbərlər

Orphus sistemi