Bakı. 1 dekabr. REPORT.AZ/ ”Rusiya İrana Hava Hücumundan Müdafiə (HHM) kompleksləri satıb və bundan sonra da satacaq”.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın “Rostex” şirkətinin baş direktoru, hakim “Vahid Rusiya” Partiyası Ali Şurasının üzvü, general-polkovnik Sergey Çemezov bildirib.
O deyib ki, sanksiya tətbiq edilməyən və tədarükünə icazə verilən silahları İrana satırlar: "İrana Hava Hücumundan Müdafiə kompeksləri və onların ehtiyat hissələrini bundan sonra da tədarük edəcəyik”.