Bakı. 27 aprel. REPORT.AZ/ Türkiyənin Akkuyu Atom Elektrik Stansiyası (AES) ilə bağlı yenilik yoxdur, heç nə dəyişməyib.
"Report" "İnterfax"a istinadən xəbər verir ki, bunu Rusiya "Rosatom" dövlət şirkətinin baş direktoru Sergey Kirienko bildirib.
Qeyd edək ki, Türkiyə KİV-i Rusiyanın "Rosatom" şirkətinin Akkuyu AES tikintisindəki payının 49 faizini satışa çıxarması haqda məlumat yaymışdı. Buna səbəb kimi Rusiya şirkətinin maliyyə problemi ilə üzləşdiyi göstərilib.
Akkuyu layihəsinin hamısı Rusiya şirkətinə aiddir.
Qeyd edək ki, bu layihə 2010-cu ildə imzalanıb. 4 reaktordan ibarət və 4 min 800 meqavatt gücə malik olacağı planlaşdırılan stansiya ən geci 2023-cü ildə istismara verilməlidir.