“Rosatom” İran AES-inə ezam olunmuş işçilərini təxliyə edir

Region
  • 19 iyun, 2025
  • 12:22
“Rosatom” İran AES-inə ezam olunmuş işçilərini təxliyə edir

Rusiyanın “Rosatom” şirkəti İrandakı "Buşer" Atom Elektrik Stansiyasında (AES) ezamiyyətdə olan əməkdaşlarının bir hissəsini təxliyə edib.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i “Rosatom”un rəhbəri Aleksey Lixaçevin sözlərinə istinadən məlumat yayıb.

“Rosatom” "Buşer" AES-dən işçi heyətin, ilk növbədə, qadın və uşaqların təxliyəsini istisna etmir.

"Bir nömrəli blokda iş ştat rejimində davam edir, blokların inşası üzrə iş aparılır. Lakin biz fövqəladə vəziyyətin sözün əsl mənasında bir neçə addımlığındayıq", - “Rosatom”un rəhbəri qeyd edib.

A. Lixaçevin sözlərinə görə, AES-ə zərbə Çernobılla müqayisə edilə biləcək fəlakətə səbəb ola bilər. Buna görə "Rosatom" İsrail hakimiyyətini "Buşer”ə zərbə endirməklə bağlı hətta eyham vurmamağa çağırır.