Ukrayna gələn il ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək NATO sammitində Alyansa qoşula bilər.
“Report” xəbər verir ki, bu fərziyyəni Ukraynanın müdafiə naziri Oleksiy Reznikov
“Kim bilir, bəlkə də bu, Ukrayna üçün çox vacib bir gün olacaq. Bu, sadəcə mənim proqnozumdur”, - müdafiə naziri telekanala bildirib.
Nazir 5-ci maddəyə istinad edərək Ukraynanın yalnız müharibə başa çatdıqdan sonra Alyansa qoşula biləcəyini etiraf edib. Savaşın gələn yayadək bitib-bitməyəcəyi ilə bağlı sualına onun cavabı konkret olub: “Bəli. Biz bu müharibədə qalib gələcəyik”.
Müdafiə nazirinin sözlərinə görə, Ukraynanın Rusiya ilə mübarizəsini nəzərə alsaq, onun NATO-ya daxil olmasının faydaları yalnız artıb.
“Qələbədən sonra bu, NATO-nun maraqlarına uyğun olacaq, çünki biz NATO-nun əsl şərq qalxanı və ya Avropanın şərq qalxanı olduq”, - Reznikov vurğulayıb.