Respondentlərin 67 faizi Paşinyanın 44 günlük müharibə ilə bağlı dediklərinə inanmır

Region
  • 07 iyul, 2023
  • 12:17
Respondentlərin 67 faizi Paşinyanın 44 günlük müharibə ilə bağlı dediklərinə inanmır
Nikol Paşinyan

Ermənistanda respondentlərin 67 faizi baş nazir Nikol Paşinyanın İkinci Qarabağ müharibəsinin araşdırılması üçün yaradılan parlament komissiyasında verdiyi açıqlamalara inanmır.

“Report”un xəbərinə görə, bu, ABŞ-ın “GALLUP International Association” Araşdırma Mərkəzinin keçirdiyi rəy sorğusu nəticəsində məlum olub.

Sorğu telefon vasitəsi ilə iyunun 21-24-də 1100 respondent arasında keçirilib.

Bildirilib ki, hökumət başçısı iyunun 20-də komissiyaya çağırılıb və dindirilib.

Rəyi soruşulanların 10,7 faizi onun sözlərinə qismən, 56,7 faiz heç inanmadığını, 4,9 faiz cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Beləliklə də, təxminən 67 faiz N.Paşinyanın cavablarına inanmadığını bildirib.

Rəyi soruşulanların 90 faizi hesab edir ki, Ermənistanın dövlət simvollarının dəyişdirilməsi vacib deyil. Onların 88,3 faizi Ermənistanın dövlət bayrağının, 79,5 faizi himnin, 84,5 faizi isə gerbin dəyişdirilməsinin əleyhinə çıxıb.

44 filmi