İbrahim Rəisi: "İranın neft ixracı 40% artıb"

İbrahim Rəisi: "İranın neft ixracı 40% artıb" İrandan neft ixracı 2021-ci ilin avqustundan bugünədək 40 faiz artıb.
Region
14 Yanvar , 2022 02:02
İbrahim Rəisi: İranın neft ixracı 40% artıb
İbrahim Rəisi

İranın neft ixracı 2021-ci ilin avqustundan bugünədək 40 faiz artıb.

"Report" xəbər verir ki, bu barədə İran Prezidenti İbrahim Rəisi Qum şəhərində videokonfrans vasitəsilə iştirak etdiyi toplantıda bildirib.

Rəisi deyib ki, onun administrasiyası ABŞ sanksiyalarını neytrallaşdırmaq üçün çalışır.

“İranın neft ixracı o həddə çatıb ki, biz bundan artıq narahat deyilik. Hazırkı administrasiya dövründə İran neftinin ixracı 40 faiz artıb və neftdən gələn gəlirlər ölkəyə qayıdır”, - Prezident qeyd edib.

Son xəbərlər

Orphus sistemi