Bakı. 15 mart. REPORT.AZ/ Moskvada Rusiyanın “Regnum” İnformasiya Agentliyinin analtik redaskyasının şef-redaktoru, Belarus əsilli Yuri Barançik tutulub.
“Report” BelaPAN-a istinadən xəbər verir ki, o, Belarus hökumətinin sorğusu əsasında saxlanılıb.
İnformasiyaya görə, Belarusun hüquq-mühafizə orqanları Y.Barançiki cinayətkar dəstə yaratmaqda ittiham edir.