Bakı. 21 aprel. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 3-də Rusiyaya səfər edəcək.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi bildirib.
Məlumata görə, R.T.Ərdoğanın Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir.
Səfərlə bağlı əlavə informasiya verilməyib.