Rəcəb Tayyib Ərdoğan: "Su-57"lər "F-35"lərə alternativ ola bilər"

Rəcəb Tayyib Ərdoğan: "Su-57"lər "F-35"lərə alternativ ola bilər" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən qayıdarkən təyyarədə jurnalistlərə bəzi açıqlamalar verib.
Region
30 Avqust , 2019 17:15
Rəcəb Tayyib Ərdoğan: Su-57lər F-35lərə alternativ ola bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən qayıdarkən təyyarədə jurnalistlərə bəzi açıqlamalar verib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, Türkiyə lideri hazırda Rusiya istehsalı olan “SU-57” qırıcı təyyarələrinin idxalına dair danışıqlar apardıqlarını qeyd edib.

“Danışıqlar davam edir. “MAKS-2019”dan sonra nazirliklərimizin nümayəndələri Rusiyada qalaraq orada işləyirlər. Kreditlər və müştərək istehsal barədə şərtlərimizi masa üstünə qoyacağıq”, - deyə R.T.Ərdoğan bildirib. 

O, ABŞ hökumətinin “F-35”lərin tədarükünə dair mövqeyini dəyişdirməyəcəyi halda vəziyyətə çarə axtaracaqlarını söyləyib.

Son xəbərlər

Orphus sistemi