Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində qalib gəlib - VİDEO - YENİLƏNİB-3

Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində qalib gəlib - VİDEO - YENİLƏNİB-3 Onun əsas rəqibi Mühərrəm İncə isə səslərin 30,8 faizini toplayır
Region
25 İyun , 2018 04:04
Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində qalib gəlib - VİDEO - YENİLƏNİB-3

Bakı. 25 iyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində səslərin mütləq əksəriyyətini qazanıb.

“Report” xəbər verir ki, bunu bazar ertəsi Yüksək Seçki Şurasının (YSŞ) rəhbəri Sədi Güvən deyib.

"Nəticələrə görə, cənab Rəcəb Tayyib Ərdoğanın etibarlı səslərin əksəriyyətini qazandığı aydın olur", - deyə o bildirib.

Güvən həmçinin qeyd edib ki, seçkilərin nəticələri ilə bağlı hələ ki, heç bir etiraz daxil olmayıb.

YSŞ sədrinin sözlərinə görə, seçkilərdə seçici sayı 56 milyon 352 min 652 nəfər təşkil edib.

***03:17

Bakı. 25 iyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən dövlət başçısı seçkilərində bülletenlərin 98 faizinin hesablanmasından sonra 52,5 faizlik nəticə ilə qalib gəlir, onun əsas rəqibi olan Mühərrəm İncə isə səslərin hələ ki, 30,8 faizini toplayıb.

“Report” xəbər verir ki, bu barədə bazar günü yerli Yüksək Seçki Şurasının ilkin məlumatlarını dərc etmək hüququna malik olan "Anadolu" agentliyi yazıb.

Səsvermənin nəticələrinə görə, digər namizədlərdən kürdyönümlü Xalqların Demokratik Partiyasından olan Səlahəddin Dəmirtaş 8,2 faiz, "Yaxşı partiya"dan Meral Akşənər 7,4 faiz, Səadət partiyasından Teməl Qaramollaoğlu 0,9 faiz "Vətən" partiyasından Doğu Perinçek 0,2 faiz səs toplayır.

Yanaşı olaraq keçirilən parlament seçkilərində bülletenlərin 98 faizinin hesablanmasından sonra ölkənin hakim Ədalət və İnkişaf Partiyası 42,4 faiz səs ilə qalib gəlir. Onunla bir alyansda çıxış edən Milli Hərəkat Partiyası isə 11,1 faiz səs toplayır. Beləliklə onları birləşdirən Xalq alyansı parlamentdə yerlərin əksəriyyətini əldə etmək üzrədir.

Müxalifətdən olan Xalq Cumhuriyyət Partiyası 21,1%, Yaxşı partiya 9,7%, onları birləşdirən Milli alyans 34,1% səs toplamaqdadır. Parlamentdə 11,4 faiz səs toplamaqda olan kürdyönümlü Xalqların Demokratik Partiyası da təmsil olunacaq.

***21:34

Bakı. 24 iyun. REPORT.AZ/ Türkiyədə keçirilən növbədənkənar prezident seçkilərində səslərin 70 faizi hesablanıb.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, Türkiyənin Yüksək Seçki Şurasının məlumatına görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 55,08 faiz səslə liderdir.

Saat 21.28-ə olan məlumata görə, namizədlərin səsləri aşağıdakı kimidir: (Sayılan bülleten faizi: 70.54)

Rəcəb Tayyib Ərdoğan: 55,08%

Məhərrəm Sinay: 29,41%

Meral Akşener: yüzdə 7,48

Selahattin Demirtaş: yüzdə 6,92

Temel Karamollaoğlu: 0,91%

Şərq Perinçek: 0,20%

***19:49

Bakı. 24 iyun. REPORT.AZ/ Türkiyə Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən növbədənkənar prezident və parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan səslərin 17,6 faizinin hesablanmasından sonra liderlik edir.

Son xəbərlər

Orphus sistemi