Bakı. 13 noyabr. REPORT.AZ/ "ABŞ Prezidenti Donald Trampla görüşümüzdə Suriya, PKK/YPG-PYD, Fətullahçı Terror Təşkilatı, "Halkbank"la bağlı məsələləri müzakirə etdik".
"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransaya səfərdən geri dönərkən, təyyarədə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, D.Trampla sonuncu telefon danışıqları zamanı da "Halkbank" məsələsini müzakirə ediblərmiş: ""Halkbank”la əlaqədar telefon danışığımızdan sonra cənab Donald Tramp ölkəsinin Xəzinə və
İki ölkə lideri YPG məsələsini də nəzərdən keçiriblər: "Məndə YPG məsələsində də öz aralarında əlaqənin olmaması təəssüratı yaranıb. Cənab Donald Trampa bu məsələdə bərabər görə biləcəyimiz çox işlərin olduğunu dedim. Məsələ ilə bağlı Mövlud Çavuşoğlu və müdafiə naziri Hulusi Akarın amerikalı həmkarları ilə birgə görə biləcəkləri işlər çoxdur”.
Qeyd edək ki, "Halkbank"ın baş direktorunun keçmiş müavini Hakan Atilla hazırda ABŞ-da həbsdədir. Ağ ev onu İrana qarşı sanksiyaları pozmaqda ittiham edir.