Davit Matikaşvili: “Human Rights Watch”un yanlış şərhləri gələcəkdə deyiləcək bütün sözləri şübhə altına salır

Davit Matikaşvili: “Human Rights Watch”un yanlış şərhləri gələcəkdə deyiləcək bütün sözləri şübhə altına salır Gürcüstan parlamentində çoxluğun üzvü olan Rati Yonatamişvili “Human Rights Watch”un hesabatına münasibət bildirib.
Region
26 Dekabr , 2024 17:13
Davit Matikaşvili: “Human Rights Watch”un yanlış şərhləri gələcəkdə deyiləcək bütün sözləri şübhə altına salır

Gürcüstan parlamentində çoxluğun üzvü olan Rati Yonatamişvili “Human Rights Watch”un hesabatına münasibət bildirib.

“Report”un məlumatına görə, deputat bu təşkilatın etibarlı olmadığını və bu kimi dezinformasiya hekayələrinin dəfələrlə təkrarladıqlarını deyib.

“Dezinformasiya rəvayətlərinin dəfələrlə səsləndirilməsi və tirajlanması səbəbindən bu təşkilata etimad olmayacaq”.

Parlamentin İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin sədri onu da əlavə edib ki, Saakaşvilinin səhhəti ilə bağlı uydurma mövzular ona guya işgəncə verilirmiş kimi təqdim edilib.

Rati Yonatamişvili
Rati Yonatamişvili

“Fakt budur ki, onların məqsədi reallığı əks etdirmək deyil, sadəcə, dezinformasiya mühiti yaratmaqdır”, - Rati Yonatamişvili bildirib.

Parlamentin Prosedur və Reqlament Komitəsinin sədri Davit Matikaşvili isə “Human Rights Watch”un hesabatını şərh edərkən bildirib ki, bir təşkilat faktları yanlış şərh etməklə gələcəkdə deyiləcək bütün sözləri şübhə altına salır.

“Biz çox yaxşı xatırlayırıq ki, bu təşkilatın rəylərində cinayətkar Mixail Saakaşvili haqqında hansı ifadələr yazılıb. Belə demək mümkünsə, orada yazılanlardan məlum olur ki, Gürcüstan hüquq-mühafizə sistemi Saakaşvili ilə necə davranıb – guya onunla vəhşicəsinə davranılıb, ona işgəncə verilib və s.” – çoxluğun üzvü vurğulayıb.

Son xəbərlər

Orphus sistemi