Qvineyada Rusiyaya məxsus 2 qatar toqquşub, ölən və yaralananlar var

Qvineyada Rusiyaya məxsus 2 qatar toqquşub, ölən və yaralananlar var “Rusal”a (Rusiya alüminium şirkətlər birliyinə “United Company RUSAL”) məxsus iki qatarın Qvineyada toqquşması nəticəsində bir nəfər ölüb, 5 nəfər yaralanıb.
Region
220
20 Sentyabr , 2021 14:42
Qvineyada Rusiyaya məxsus 2 qatar toqquşub, ölən və yaralananlar var

“Rusal”a (Rusiya alüminium şirkətlər birliyinə “United Company RUSAL”) məxsus iki qatarın Qvineyada toqquşması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, hadisə qatarların maşinistlərinin bir-biri ilə əlaqə saxlaya, anlaşa bilməmələri səbəbindən baş verib. 

Məlumata görə, “Rusal” 2001-ci ildən Qvineya Respublikasında fəaliyyət göstərir. Şirkət “Kindia Bauxite Company”nin də sahibidir. Bundan başqa, “Rusal” Boka bölgəsində Dian-Dian boksit yatağı üzrə layihədə fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi