Qriqoryan Britaniyada Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edib

Qriqoryan Britaniyada Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edib Londonda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Böyük Britaniyanın baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Tim Barron arasında keçirilən görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına və Cənubi
Region
8 Dekabr , 2023 11:19
Qriqoryan Britaniyada Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edib

Londonda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Böyük Britaniyanın baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Tim Barron arasında görüş keçirilib.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına yönəlmiş addımlar müzakirə olunub.

“Biz Ermənistan-Britaniya münasibətlərinin sabit inkişaf dinamikasını, strateji dialoqunun rəsmi başlanğıcını vurğuladıq. Yuxarıda deyilənlərin hamısı hər iki ölkənin mövcud potensialdan maksimum istifadə etməyə hazır olduğuna sübutdur”, - A.Qriqoryan sosial şəbəkələrdə yazıb.

Son xəbərlər

Orphus sistemi