Ermənistan xarici və təhlükəsizlik sahəsində siyasətini şaxələndirir, bunu açıq şəkildə həyata keçirir.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
O qeyd edib ki, Ermənistan xarici siyasətini şaxələndirir: “Bu, təkcə Qərbi deyil, həm də Hindistanı və bir sıra başqa ölkələri əhatə edir”.
Onun sözlərinə görə, Ermənistanın bir hissəsi olduğu təhlükəsizlik sistemi 2020-2021-ci illərdə işləməyib və buna görə də o, başqa təhlükəsizlik təminatları axtarır:
“Mən bu məsələ ilə bağlı heç bir problem görmürəm, biz öz siyasətimizdə qətiyik”.