QMİ sədri: "Erməni kilsəsi Azərbaycana qarşı böyük yalan təbliğat aparır"
- 23 iyul, 2022
- 12:14
Yeniliklərdən dərhal xəbərdar olun!
"Erməni kilsəsi Azərbaycana qarşı yalan üstündə qurulmuş çox böyük təbliğat aparır. Onlar dünyaya Azərbaycanda erməni kilsələrinin dağıdıldığını, onların məscidlərə, alban-udin kilsələrinə çevrilməsi barədə yalan məlumatlar yayırlar".
“Report”un yerli bürosu xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstana rəsmi səfərinin yekunlarına dair jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələrinin Azərbaycana, Qarabağa səfərinin təşkil edilməsi nəzərdə tutulur: "Azərbaycana ən yaxın gürcü kilsəsidir. Gürcüstanın xristian din xadimlərinin Qarabağa səfər edib ermənilərin dağıtdığı məscid, kilsələri öz gözləri ilə görməsini istəyirik".