Qırğızıstanın keçmiş prezidenti Bişkekə gətirilib

Qırğızıstanın keçmiş prezidenti Bişkekə gətirilib Qırğız Respublikasının keçmiş prezidenti Əsgər Akayev Bişkekə gətirilib.
Region
174
2 Avqust , 2021 14:07
Qırğızıstanın keçmiş prezidenti Bişkekə gətirilib
Əsgər Akayev

Qırğız Respublikasının keçmiş prezidenti Əsgər Akayev Bişkekə gətirilib.

“Report” “Sputnik Kırqızstan”a istinadən xəbər verir ki, o, istintaqa cəlb edilib.

Bir müddət əvvəl Əsgər Akayev Kumtor mədəni ilə bağlı razılaşmanı imzalamaqda ittiham olunurdu. Bu müqavilənin imzalanması satqınlıq adlandırılır. Kumtor qızıl mədəni Kanada şirkətinə məxsusdur.

Qeyd edək ki, Qırğız Respublikasının sabiq prezidentləri Əsgər Akayev və Kurmanbek Bakiyev Kumtor qızıl filizi yatağının fəaliyyəti ilə bağlı iş üzrə beynəlxalq axtarışa veriliblər. Əsgər Akayev 1991-ci il avqustun 31-dən 2005-ci il aprelin 11-dək Qırğızıstanın Prezidenti olub.

Son xəbərlər

Orphus sistemi