Qırğız Respublikasının keçmiş baş naziri büdcəyə 1,4 milyon dollar zərər vurmaqda ittiham olunub

Qırğız Respublikasının keçmiş baş naziri büdcəyə 1,4 milyon dollar zərər vurmaqda ittiham olunub Bakı. 10 yanvar. REPORT.AZ/ Qırğız Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi (MTDK) respublikanın keçmiş Baş naziri Sapar İsakovu muzeyin yenidənqurulması zamanı dövlət büdcəsinə 1,4 milyon dollar məbləğində zərər vurmaqda ittiham edib.
Region
10 Yanvar , 2019 11:42
Qırğız Respublikasının keçmiş baş naziri büdcəyə 1,4 milyon dollar zərər vurmaqda ittiham olunub

Bakı. 10 yanvar. REPORT.AZ/ Qırğız Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi (MTDK) respublikanın keçmiş Baş naziri Sapar İsakovu muzeyin yenidənqurulması zamanı dövlət büdcəsinə 1,4 milyon dollar məbləğində zərər vurmaqda ittiham edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə MTDK-nın mətbuat xidmətindən bildirilib.

Qurumun məlumatına görə, İsakov 2017-ci ildə keçmiş Prezident Atambayevin Aparat rəhbəri vəzifəsində işləyən zaman tarixi muzeyin yenidənqurulması ilə məşğul olan Türkiyə şirkətinə işləri sürətləndirmək tələbi ilə təzyiq göstərib.

Türkiyə tərəfi bundan sonra işləri davam etdirməkdən imtina edib və yenidənqurmaya heç bir dövlət satınalma proseduru icra edilmədən Almaniya şirkəti cəlb olunub. Bu şirkət isə daxili bazarda mövcud materialların qiymətindən çox yüksək olan bahalı avadanlıq və interyer predmetləri alıb.

Ötən ilin avqust ayında Qırğız Respublikası hökumətinə rəhbərlik edən S.İsakov iyunun 5-də hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi