Qırğızıstanın dövlət bankı Rusiyanın “Mir” ödəniş sisteminə xidməti dayandırıb

Region
  • 25 oktyabr, 2022
  • 13:11
Qırğızıstanın dövlət bankı Rusiyanın “Mir” ödəniş sisteminə xidməti dayandırıb

Qırğızıstanın dövlət bankı - “Ayıl Bank” Rusiyanın “Mir” Milli Ödəniş Kartı Sisteminə xidməti dayandırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Ayıl Bank” məlumat yayıb.

Bankın açıqlamasında bildirilib ki, “Ayıl Bank” Açıq Səhmdar Cəmiyyəti 2022-ci il oktyabrın 25-dən etibarən “Mir” Milli Ödəniş Kart Sistemi daxilində ödəniş kartlarının periferik cihazlarına (bankomatlar, POS-terminallar) xidməti, bu sistem çərçivəsində müştəridən müştəriyə pul köçürmələrini texniki səbəblərə görə dayandırır.

Bir müddət əvvəl Qırğızıstanın “Bank Aziya”, “Xalık Bank”, “Demir Bank”, “Kırqızstan” , “Kompanon”, “Bakay bank” və “Doskredobank” “Mir” kartı ilə əməkdaşlıqdan imtina edib.

Qırğızıstanda 22 kommersiya bankı fəaliyyət göstərir.

44 filmi