Qırğızıstanda şənlik mərasimində 58 nəfər zəhərlənib

Qırğızıstanda şənlik mərasimində 58 nəfər zəhərlənib Qırğızıstanın Batken vilayətinin Kadamjay şəhərində ictimai iaşə obyektlərindən birində baş verən kütləvi mərasimdən sonra 50-dən çox insan tibbi yardıma müraciət edib.
Region
1 Avqust , 2022 08:39
Qırğızıstanda şənlik mərasimində 58 nəfər zəhərlənib

Qırğızıstanın Batken vilayətinin Kadamjay şəhərində ictimai iaşə obyektlərindən birində baş verən kütləvi mərasimdən sonra 50-dən çox insan tibbi yardıma müraciət edib.

"Report" xəbər verir ki, bu barədə TASS-a respublikanın Xəstəliklərin Profilaktikası və Dövlət Sanitariya-Epidemioloji Nəzarət Departamentindən məlumat verilib.

"İlkin məlumatlara görə, Kadamjayda qidadan zəhərlənmə nəticəsində ümumilikdə 58 nəfər zərər çəkib", - qurumun nümayəndəsi bildirib.

Onun sözlərinə görə, qohumların şəhərdəki kafelərdən birində keçirilən mərasimindən sonra ikisi uşaq olmaqla, 6 nəfər xəstəxanaya yerləşdirilib. "Onların vəziyyəti orta ağır qiymətləndirilir", - departamentdən qeyd edilib.

Son xəbərlər

Orphus sistemi