Qırğız Respublikasında koronavirusa yoluxanların sayı kəskin artdı

Qırğız Respublikasında koronavirusa yoluxanların sayı kəskin artdı Qırğız Respublikasında daha 1264 nəfər koronavirusa yoluxub.
Region
18 İyul , 2020 10:05
Qırğız Respublikasında koronavirusa yoluxanların sayı kəskin artdı

Qırğız Respublikasında daha 1 264 nəfər koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, ölkədə son sutkada 73 nəfər pandemiyanın qurbanı olub.

Məlumata görə, yoluxma faktlarında qeydə alınan kəskin artım ötən gün ölkənin Səhiyyə Nazirliyinin verdiyi qərarla əlaqəlidir. Belə ki, yeni qərara əsasən, ölkədə COVID-19 ilə pnevmoniyanın statistikası birləşdirilib.

Beləliklə, Mərkəzi Asiya ölkəsində indiyədək 25 047 nəfərə COVID-19 diaqnozu qoyulub, onlardan 858 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi