Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 500-ə yaxınlaşdı

Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 500-ə yaxınlaşdı Mərkəzi Asiya ölkəsi olan Qırğızıstan Respublikasında son 1 gündə 23 nəfərdə koronavirus aşkarlanıb.
Region
17 Aprel , 2020 09:39
Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 500-ə yaxınlaşdı

Mərkəzi Asiya ölkəsi olan Qırğızıstan Respublikasında son 1 gündə 23 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu brifinqdə səhiyyə nazirinin müavini Nurbolot Usebayev deyib.

Bildirilib ki, ölkədə indiyədək 489 nəfərə koronavirus diaqnozu qoyulub. Yeni yoluxma hallarının əksəriyyəti paytaxt Bişkekdə qeydə alınıb – 14.

Virusa yoluxmuş 13 nəfərin vəziyyəti ağırdır, 4 nəfər isə reanimasiyaya yerləşdirilib. Hazırda ölkədə 370 nəfər COVID-19-dan müalicə alır.

Qeyd edək ki, Qırğız Respublikasında martın 22-dən fövqəladə vəziyyət elan edilib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 183 000-i ötüb. Bunların 552 743 nəfəri sağalıb, 146 870 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi