Qırğızıstanda koronavirusa yoluxanların sayı 300-ə yaxınlaşdı

Qırğızıstanda koronavirusa yoluxanların sayı 300-ə yaxınlaşdı Qırğız Respublikasında daha 10 nəfərə koronavirus diaqnozu qoyulub.
Region
108
9 Aprel , 2020 10:12
Qırğızıstanda koronavirusa yoluxanların sayı 300-ə yaxınlaşdı

Qırğız Respublikasında daha 10 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, Mərkəzi Asiya ölkəsində qeydə alınan koronavirusa yoluxma hallarının sayı 280-ə çatıb. Onlardan 34-ü həkimdir.

Bundan başqa, indiyədək 4 nəfər infeksiyanın qurbanı olub.

Qeyd edək ki, bu ölkədə martın 22-dən fövqəladə vəziyyət elan edilib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 519 000-i ötüb. Bunların 330 860 nəfəri sağalıb, 88 528 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi