Qırğızıstan Türkiyədən yeni PUA alıb

Qırğızıstan Türkiyədən yeni PUA alıb Qırğızıstan Türkiyə istehsalı olan “Aksunqur” pilotsuz uçuş aparatı (PUA) alıb.
Region
2 Noyabr , 2022 18:04
Qırğızıstan Türkiyədən yeni PUA alıb

Qırğız Respublikası Türkiyə istehsalı olan “Aksunqur” pilotsuz uçuş aparatı (PUA) alıb.

“Report” Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev sosial şəbəkədə məlumat verib.

“İndi “Aksunqur” da bizimdir!”, - o bildirib.

Xatırladaq ki, “Aksunqur” pilotsuz uçuş aparatını Türk Aviasiya və Kosmos Sənayesi (TÜSAŞ) şirkəti istehsal edir. “Aksunqur” vizual və radio-kəşfiyyat, dəniz patrulları və zərbələrin endirilməsi üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi