Qırğızıstan Tacikistanı danışıqlar masasına əyləşməyə çağırıb

Qırğızıstan Tacikistanı danışıqlar masasına əyləşməyə çağırıb Qırğızıstanın Sərhəd Xidməti Tacikistanı atəşi dayandırmağa və problemli məsələlərin həlli üçün danışıqlar masasına oturmağa çağırıb.
Region
28 Yanvar , 2022 00:23
Qırğızıstan Tacikistanı danışıqlar masasına əyləşməyə çağırıb

Qırğızıstanın Sərhəd Xidməti Tacikistanı atəşi dayandırmağa və problemli məsələlərin həlli üçün danışıqlar masasına əyləşməyə çağırıb.

“Report”un məlumatına görə, bu barədə “RİA Novosti” Xidmətin müvafiq bəyanatına istinadən xəbər verir.

Qırğızıstan tərəfi Tacikistanın sərhəd qoşunlarını ölkələrin sərhədində atışmalarda günahlandırıb, həmçinin onları kəşfiyyat pilotsuz uçuş aparatlarından istifadə etməkdə və insan tələfatına səbəb olan toqquşmaları qəsdən törətməkdə ittiham edib.

Qeyd edək ki, yanvarın 27-də Qırğızıstan və Tacikistan sərhədində atışma olub. Qarşıdurma zamanı 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qırğızıstan tərəfinin məlumatına görə, atışma Tacikistan sərhədçiləri tərəfindən həyata keçirilib. Lakin Düşənbə bununla razılaşmır və toqquşmanın onların vətəndaşlarının avtomobillərinə hücumla törədildiyini bildirir.

Son xəbərlər

Orphus sistemi