Qırğızıstan Prezidenti MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşüb

Qırğızıstan Prezidenti MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşüb Qırğızıstan MDB-yə üzv dövlətlərin inteqrasiyasının gücləndirilməsinə və çoxtərəfli formatda qarşılıqlı əlaqələrin artırılmasına sadiqdir.
Region
24 May , 2024 11:19
Qırğızıstan Prezidenti MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşüb

Qırğızıstan MDB-yə üzv dövlətlərin inteqrasiyasının gücləndirilməsinə və çoxtərəfli formatda qarşılıqlı əlaqələrin artırılmasına sadiqdir.

"Report" xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov MDB-yə üzv dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının üzvləri ilə görüşündə deyib.

O, görüşün birgə qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi üçün lazımi şərait yaradacağına ümidvar olduğunu bildirib.

Qeyd edək ki, Bişkekdə MDB-nin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının 54-cü iclası keçirilir. İclasda Azərbaycanı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev təmsil edir.

İclasda əsas diqqət MDB ölkələrinin təhlükəsizliyinə təhdidlərin qiymətləndirilməsi üzrə ümumi yanaşmaların işlənib hazırlanması və onların zərərsizləşdirilməsinə ayrılacaq. Eyni zamanda xüsusi xidmət orqanları arasında qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması da gündəlikdə olacaq.

Son xəbərlər

Orphus sistemi