​Qırğızıstan PA-nın keçmiş rəhbərinin həbs müddəti uzadılıb

​Qırğızıstan PA-nın keçmiş rəhbərinin həbs müddəti uzadılıb Daniyar Narımbayev bu ilin iyulun 22-də rüşvətxorluq və korrupsiyada şübhəli bilinərək, həbs edilib
Region
12 Avqust , 2015 11:32
​Qırğızıstan PA-nın keçmiş rəhbərinin həbs müddəti uzadılıb

Bakı. 12 avqust . REPORT.AZ/ Qırğızıstan Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri Daniyar Narımbayev barəsində çıxarılan həbs-qətimkan tədbirinin müddəti bu il sentyabrın 15-dək uzadılıb.

"Report" Qırğızıstan KİV-inə istindən xəbər verir ki, bu haqda ölkə Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Məhkəmədən bildirilib ki, sabiq rəhbər sentyabrın 15-dək istintaq təcridxanasında saxlanılacaq.

Qeyd edək ki, Daniyar Narımbayev bu ilin iyulun 22-də rüşvətxorluq və korrupsiyada şübhəli bilinərək, həbs edilib. Həmin tarixdən etibarən o, tutduğu vəzifədən azad olunub.

Bir müddət öncə ölkənin Baş Prokurorluğu bildirmişdi ki, Qırğızıstan Prezident Administrasiyasının rəhbəri Daniyar Narımbayevin tapşırığı əsasında mühakimə olunan deputat Nariman Tüleyevin cinayət işinin gedişinə "müsbət təsir etmək üçün" qohumlarından pul verilməsi tələb edilib. Xəbərə görə, bunu istintaq zamanı həbsdə olan deputat Hacımurad Korkmazov bildirib. 

Son xəbərlər

Orphus sistemi